Dünya
Gürcüstan parlamentinin binası damır
Bakı. 31 mart. REPORT.AZ/ Gürcüstan parlamentinin binasından su damır.
"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, deputatlar daman su yerlərə vedrə qoyublar.
Məlumata görə, ölkənin parlamentinin binası yerləşən Kutaisiyə leysan yağış yağır.
Bu gün Gürcüstan prezidenti Georgi Marqvelaşvili parlamentdə deputatlar qarşısında illik məruzə ilə çıxış edəcək.