Ölkə

Günəşlidə dəhşətli olay: özünü 9-cu mərtəbədən atdı

Metbuat.az

Bakıda intihar hadisəsi baş verib.

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Yeni Günəşli qəsəbəsi “V” massivində qeydə alınıb.

Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Elman Faiq oğlu Mehdiyev özünü  yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar edib.

Polisdən intihar edən şəxsin ruhi xəstə olduğu bildirilib.