İqtisadiyyat
"Günəşli"də quyu istismara verilib
Azərbaycan, Bakı, 10 mart /Trend/
“Günəşli” yatağındakı 15 nömrəli dərin dəniz özülündən 285 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, Quyu Fasilə Lay Dəstəsindən, 3030-3011 metr intervaldan gündəlik 60 ton neft və 15 000 kubmetr qaz hasilatı ilə istismara daxil edilib.
Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az