Maraqlı

Günəş batareyası ilə işləyən təyyarə dünya səyahətinə çıxacaq

Metbuat.az

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir Tural Turan/

Günəş batareyası ilə işləyən təyyarə "Solar impulse-2" dünya səyahətini martın 9-u Əbu-Daidən başlayacaq. Bu barədə Trend xarici mətbuata istinadən xəbər verir.

Təyyarənin 5 ay ərzində 35 min km məsafə qət edəcəyi gözlənilir. Uçan aparatı iki pilot bir-birini əvəzləyərək idarə edəcəklər.

Ehtimal olunur ki, marşrut Abu-DAbidən Omana, oradan Hindistan və Çinə qədər uzanacaq. Sonra uçuş Sakit okean, ABŞ və Avropa ölkələri üzərindən davam edcək. Uçuş ərzində təyyarə 12 dəfə eniş edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az