Günahkar pilotun evində axtarış aparıldı və…
Fransada 150 nəfərin ölümü ilə nəticələnən Almaniyanın "Germanwings" aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsinin qəzaya uğraması səbəbləri araşdırılır.
ANS PRESS-in məlumatına görə, qəzaya səbəbkar kimi göstərilən köməkçi pilot Andres Lubitsa haqqında da hüquq-mühafizə orqanları məlumatlar toplayaraq araşdırmalar aparmağa başlayıb.
Alman pilotun evində axtarış həyata keçirən polisin qəzanın baş vermə səbəbini aydınlaşdıracaq “əhəmiyyətli açar” aşkar etdikləri bildirilir. Bu barədə ingilis qəzeti “Mirror” xəbər yayıb.
Xəbərdə bildirilir ki, müstəntiqlər pilotun Düsseldorfdakı evində axtarış zamanı “əhəmiyyətli açar” aşkar ediblər. Onlar həmçinin əlavə məlumat verməkdən də imtina ediblər. Sadəcə söhbətin ölümdən əvvəl hərhansısa bir qeyddən getmədiyini vurğulayıblar.
Qeyd edək ki, sərnişin təyyarəsini bilərəkdən qəzaya uğraması iddialarını araşdırma aparan Marsel prokurorluğu təsdiq edib
MənbəANS PRESS