Ölkə

Güllə yaralarını necə müalicə etməli?

Metbuat.az

Kiyev, 23 mart,

AZƏRTAC

Ukrayna Səhiyyə Nazirliyinin ştatdankənar baş ortoped-travmatoloqu, tibb elmləri doktoru, professor Sergey Strafun güllə yaralarının müalicəsi sahəsində təcrübəsini Rovno vilayətindəki həkimlərlə bölüşüb.


AZƏRTAC

Ukrinform-a istinadən bildirir ki, S. Strafun Kiyev alimləri ilə birlikdə Rovnoda bir sıra tədris-praktiki treninqlər keçirib.


S. Strafun deyib: “İndiki müharibə vəziyyətində güllə yaralarının müalicəsi olduqca aktualdır. Statistik məlumatlara görə, indi dövlətin şərqində qeydə alınan bütün zədələnmələrin 60 faizindən çoxu ətrafların yaralanması ilə bağlıdır. Buna görə biz belə zədələnmələrin müalicəsi metodikasını öyrədirik. Bundan əlavə biz, həkimlərin diqqətini onların həmkarları tərəfindən yardım göstərilən vaxt tez-tez yol verilən səhvlərə cəlb edirik”.


Seminar məşğələlərində atıcılıq silahlarının və partlayıcı təsirə malik sursat növlərinin təkmilləşdirilməsi ilə əlaqədar, ətrafların güllə yaralarının müalicəsi alqoritmlərində dəyişikliklər haqqında söhbət olub. Paytaxt alimləri yaraların ilkin cərrahi işlənməsinin optimal icrası və yaralara tikiş qoyulmasının yeni metodikası haqda da məlumat veriblər.


Professor S.Strafun deyib ki, indi həkimlər yerli xarakterli müxtəlif qankəsici vasitələrin tətbiqində çox ehtiyatlı olmağı məsləhət görürlər, çünki həmin vasitələr yaraların effektiv sağalmasına heç də həmişə kömək etmir.


Zeynal Ağazadə,
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev