Maraqlı
Milli.Az
Gözəllik kraliçasına iyrənc ittiham - FOTO
Ariana Miyamotoya qarşı irqçi şuarlar səslənir
Yaponiyada 20 yaşlı gözəllik kraliçası Ariana Miyamoto ənənəvi yapon kimi görünməməsinə görə tənqid edilib.
Milli.Az
anspress-ə istinadən xəbər verir ki, Naqasaki sakini "Dünya gözəli" müsabiqəsində öz vətənini təmsil edəcək.
Yaponiyada qalibin geni ilə bağlı qalmaqal yaranıb. Məsələ ondadır ki, Miyamotonun anası-yapon atası isə - afroamerikalıdır.
Müsabiqənin bir çox pərəstişkarları və tənqidçilər “Miss Universe Japan” qalibinin mənşəyinə diqqət yetirirlər. Gözəllik kraliçasının ünvanına artıq irqçi şuarlar səslənir.
Öz növbəsində Miyamoto bildirib ki, o görünüşə görə yapona oxşamaya bilər, amma bununla belə o öz ölkəsinin həqiqi nümayəndəsidir.
Miyamoto Naqasakidə doğulub, ABŞ-da oxuyub və sonra Yaponiyaya qayıdıb.
Milli.Az