Texnologiya
Google "street art" fotolarını göstərdi
Google şirkəti Android Wear ağıllı saatların siferblatını bəzəmək üçün "street art" rəsmlər toplusunu təqdim edib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, ötən ilin dekabr ayından Google rəsmi olaraq onları fərdi şəkildə bəzəməyə icazə verib. O vaxtdan etibarən Google Play onlayn dükanında çox sayda tərtibat variantları təqdim edilib.
Yeni "street art" toplusu – Google Art Project layihəsinə qoşulmuş onlarla dizayner işlərinin nəticəsidir. Tərtibatın üç altqrupu mövcuddur: analoq, rəqəmli və minimalistik.
Milli.Az