Texnologiya

“Google” şirkəti “street art” rəsmlər toplusunu təqdim edib

Metbuat.az

“Google” şirkəti “Android Wear” “ağıllı” saatların siferblatını bəzəmək üçün “street art” rəsmlər toplusunu

təqdim edib

.



“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, ötən ilin dekabr ayından “Google” rəsmi olaraq onları fərdi şəkildə bəzəməyə icazə verib. O vaxtdan etibarən “Google Play” onlayn dükanında çox sayda tərtibat variantları təqdim edilib.


 


Yeni “Street Art” toplusu – “Google Art Project” layihəsinə qoşulmuş onlarla dizayner işlərinin nəticəsidir. Tərtibatın üç altqrupu mövcuddur: analoq, rəqəmli və minimalistik.


 


Aynur Vəliyeva