Texnologiya
Google rabitə operatoru olacaq
Dünyanın aparıcı axtarış sistemi olan Google yeni sahədə fəaliyyət göstərəcəyini bildirib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Google rabitə operatoru kimi fəaliyyətə başlamaq niyyətindədir.
Şirkətin vitse-prezidenti Sundar Piçai Mobile World Congressdə yaxın zamanda Googleun rabitə tarif planlarını təqdim edəcəyini bildirib.
Şirkət virtual mobil rabitə operatoru kimi fəaliyyət göstərəcək və digər operatorların infrastrukturundan yararlanacaq.
Milli.Az