İqtisadiyyat

"Goldman Sachs"ın neftin qiyməti ilə bağlı neqativ proqnozu "qara qızıl”ın ucuzlaşmasına səbəb olub

Metbuat.az

[ 09 Mart 2015 11:42 ]



Bakı. Yeganə Laçınzadə - APA-Economics. Dünya bazarlarında neft ucuzlaşır.

"APA-Economics"in məlumatına görə, "qara qızıl"ın ucuzlaşmasına səbəb "Goldman Sachs"ın neftin qiyməti ilə bağlı neqativ proqnozudur.

Belə ki, son hərraclarda Brent markalı neftin 1 barelinin qiyməti 0,57% azalaraq 59,45 dollar olub.

Bununla yanaşı, WTI markalı neftin qiyməti 0,04% azalaraq 49,59 dollar təşkil edib.