Gəncəyə 156 baş südlük cins düyə gətirilib
Gəncə, 10 mart,
AZƏRTACPrezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq kənd təsərrüfatı istehsalçılarını damazlıq heyvanlarla təmin etmək məqsədilə Avropa ölkələrindən respublikamıza cins düyələrin gətirilməsi uğurla davam etdirilir. Bu məqsədlə “Aqrolizinq” ASC-nin Gəncə regional aqroservis və təchizat bazasına ilk dəfə olaraq 156 baş südlük cins “Holştenfres” düyəsi gətirilib. Otuz günlük karantindən sonra düyələr fermer təsərrüfatlarına güzəştli qiymətlərlə satışa çıxarılacaq.
Gəncə baytarlıq idarəsinin rəisi Bayandur Rzayev
AZƏRTAC-a deyib ki, düyələr gətirilməzdən əvvəl ciddi hazırlıq işləri aparılaraq, ilk mexaniki təmizləmə işləri görülüb. Belə ki, ərazidə kimyəvi dezinfeksiya işləri aparılıb. Heyvanlar gətirildikdən sonra isə onlardan qan analizləri götürülərək, respublika baytarlıq laboratoriyasına göndərilib. Mütəxəssislərin sözlərinə görə, bu heyvanlar yerli cinslərdən 3-4 dəfə artıq süd vermək imkanına malikdir.