İqtisadiyyat

​Gələn il Asiyada ÜDM-in 6,3% artacağı gözlənilir

Metbuat.az

Qurumun hesabatına görə, Asiya qitəsi bu iki il ərzində iri iqtisadi sahələrdə inkişaf edəcək, əmtəə qiymətləri o qədər də yüksək olmayacaq. AİB-in hesabatında deyilir ki, ötən il olduğu kimi, 2015-2016-cı illərdə də ÜDM-in həcminin 6,3% artacaq.


AİB-in baş iqtisadçısı Şanq-Yin Vey (Shang-Jin Wei) bildirib ki, dünyada və regionda baş verən proseslər Asiyada ÜDM-in artacağını deməyə əsas verir:


"Ucuzlaşan əmtəə qiymətləri və bahalı yanacaq subsidiyalarının kəsilməsi, həmçinin digər islahatlar regionda siyasətçilərin fəaliyyəti üçün şərait yaradacaq. Bu isə uzunmüddətli və geniş əhatəli iqtisadi inkişafa nail olmaq üçün zəmin yaradır".