Maraqlı

Gecələrin Mercedes-Benz-i - FOTO

Metbuat.az

Mercedes-Benz şirkəti bazarda BMW X6 ilə rəqabət aparan bütün GLE Coupe kros-kupesi ailəsi üçün Night Package opsiya paketini rəsmi təqdim edib. Yeni opsiya AMG Line versiyasına əsaslanır və AMG GT, C-Class və CLS modellərində də gördüyümüz çoxsaylı parlaq qara işləmə ilə işlənib.

 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, “gecə paketi” ilə Mercedes-Benz GLE Coupe kros-kupenin bütün modifikasiyalarda əsas fərqləndirici cəhəti qara radiator barmaqlığı, qara parlaq ön və arxa qoruyucudur. Mercedes-Benz GLE 450 AMG 4MATIC və GLE 63 Coupe /GLE 63 SCoupe “qayanr” modifikasiyaları xromlanmış tutqun xaricetmə sistemi boruları, avtomobilin qalan bütün versiyalar isə sadəcə xromlanmış xaricetmə borusu əldə ediblər.
 
Bundan başqa Night Package ilə Mercedes-Benz GLE Coupe ton verilmə, yan arxa görünüş güzgülərinin dəyişiklik edilmiş qara gövdələri, şüşələrin ətrafında qara haşıyə və 21 düymlük unikal təkər diskləri ilə də seçilir.
 
Hazırda Night Package əlavə paketin qiyməti məlum deyil. Lakin rəsmi məlumata görə “gecə paketi” ilə Mercedes-Benz GLE Coupe yaxın vaxtlarda satışa çıxarılacaq.
 
Milli.Az