Dünya

Fransızlar Aleksand Dümanın əfsanəvi sarayının bərpası üçün vəsait toplayırlar

Metbuat.az

Bakı, 5 mart,

AZƏRTAC

Aleksandr Dümanın inşa etdirdiyi “Şato de Monte-Kristo” sarayını bərpa etmək üçün Fransaya təqribən 1 milyon avro vəsait lazımdır.

AZƏRTAC

xarici KİV-lərə istinadla xəbər verir ki, sarayın indiki sahibləri təmir xərclərinin məbləğini bu qədər müəyyən ediblər.


Saray rütubət çəkdiyinə görə bərpaya ehtiyacı var. Ehtimala görə, məbləğin bir hissəsi ictimai ianələr hesabına toplanacaq. Doğrudur, indiyə qədər, yəni iki həftə ərzində yalnız 150 avro yığılıb.


A.Düma sarayın inşasına 1844-cü ildə başlayıb, lakin burada çox az yaşayıb: artıq 1848-ci ilin əvvəlində mülk və onun avadanlığı borc müqabilində müsadirə olunub. Sonra həmin bina hərracda gülünc qiymətə satılıb.