Dünya

Fransada sərnişin təyyarəsi qəzaya uğrayıb

Metbuat.az

[ 24 Mart 2015 15:24 ]


Təyyarədə 142 sərnişin və 8 ekipaj üzvü olub

Bakı - APA. Düsseldorf-Barselona marşrutu üzrə uçan A320 təyyarəsi Fransanın cənubunda qəzaya uğrayıb.

APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, təyyarə “Germanwings” aviaşirkətinə məxsus olub.

Fransa Mülki Aviasiya İdarəsi təyyarədə 142 sərnişinin və 8 ekipaj üzvünün olduğunu açıqlayıb.

Hələlik ölən və yaralananlar barədə məlumat verilmir.