Dünya

Fransada qəzaya uğrayan təyyarədə türk soyadlı sərnişinlər də olub

Metbuat.az

İstanbul , 24 mart,

AZƏRTAC

Xəbər verdiyimiz kimi, martın 24-də Barselonadan havaya qalxaraq Almaniyanın Düsseldorf şəhəri istiqamətində hərəkət edən, göyərtisində 142 sərnişinin və altı ekipaj üzvünün olduğu Almaniyanın “Germanwings” hava yolları şirkətinə məxsus Airbus A320 sərnişin təyyarəsi Fransa ərazisində qəzaya uğrayıb.


Türkiyənin rəsmi mətbuatının məlumatına görə, təyyarənin göyərtəsindəki sərnişinlərdən 39 nəfəri türk soyadlı olub. Hələlik isə həmin sərnişinlərin vətəndaşlığı və şəxsiyyətləri barədə heç bir məlumat yoxdur.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul