Dünya

Fransa rəsmisi ikinci qara qutunun tapılması xəbərini təkzib edib

Metbuat.az

Bakı, 25 mart,

AZƏRTAC

Təyyarənin birdən birə yüksəkliyi itirməsinin səbəbləri hələ bəlli deyil.


AZƏRTAC

Euronews telekanalına istinadla xəbər verir ki, bunu Fransanın Nəqliyyatda Hadisələrin Təhqiqatı Bürosunun rəhbəri Remi Jüti A320 sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.


O, tapılan qara qutunun zədələnməsi səbəbindən oxunmasının çətin olduğunu və bəzi problemlərlə üzləşdiklərini deyib. Onun sözlərinə görə, buna baxmayaraq, qara qutudan vacib informasiya olan hissəni əldə etmək mümkün olub. “Bu məlumatlar təhqiqat işində çox vacib rol oynayacaq. Lakin həmin informasiyaların oxunması üçün böyük iş aparılmalıdır”, - deyə o qeyd edib.


R.Jüti ikinci qara qutunun tapılması barədə yayılan xəbərləri təkzib edib və onun hələ axtarıldığını deyib.


Xatırladaq ki, təyyarədə olan 150 nəfərin hamısı həlak olub. Həlak olanlar arasında 67 Almaniya, 45 İspaniya, eyni zamanda 15 ölkənin vətəndaşı olub.