İqtisadiyyat
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “DəmirBank”ın reytinqini stabil qiymətləndirib
Bakı, 13 mart,
AZƏRTAC“Fitch Ratings” “DəmirBank”ın reytinqini “B” səviyyəsində, reytinq üzrə proqnozu isə “stabil” olaraq təsdiq edib.
Bankdan
AZƏRTAC-a bildiriblər ki, “Fitch Ratings” agentliyinin rəyinə əsasən, bankın balansı hazırda dayanıqlıdır. Bu isə bankın yaradılmış ehtiyatlarla daha yaxşı təmin olunması ilə bağlıdır.
Bank həmçinin inkişaf etmiş korporativ idarəetməyə malikdir. Bankın səhmdarları sırasında isə beynəlxalq maliyyə təşkilatları təmsil olunur.
“DəmirBank” “Fitch Ratings” agentliyi ilə 2004-cü ildən əməkdaşlıq edir və Azərbaycanda beynəlxalq reytinq alan ilk özəl bankdır. Bununla yanaşı, bank “Planet Rating” beynəlxalq agentliyinin də “pozitiv” proqnozlu “B” reytinqinə malikdir.