İqtisadiyyat
“Finex” BOKT ASC-nin təmin edilməmiş istiqrazlarının BFB-də yerləşdirilməsinə başlanılıb
Bakı, 5 mart,
AZƏRTAC“Finex” Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASC-nin faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının “Bakı Fond Birjası” QSC-də (BFB) yerləşdirilməsinə başlanılıb.
BFB-dən
AZƏRTAC-a bildiriblər ki, emissiyanın məbləği 400 min ABŞ dolları, bir istiqrazın nominal dəyəri 500 dollar, yerləşdiriləcək istiqrazların sayı 800 ədəd, faiz dərəcəsi 14 faiz, tədavül müddəti 720 gündür. “Texnika Kapital Menecment” MMC anderrayter vəzifəsində çıxış edir.