İqtisadiyyat
Fevralda www.icazeler.gov.az portalından 9600-ə yaxın istifadəçi yararlanıb
Bakı, 19 mart,
AZƏRTAC
İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış
www.icazeler.gov.azportalının xidmətlərindən fevral ayında 9600-ə yaxın, indiyədək isə 343 mindən artıq internet istifadəçisi yararlanıb.
Nazirlikdən AZ/RTAC-a bildiriblər ki, bu dövrdə portalın xidmətlərindən yerlilərlə yanaşı, xarici ölkələrdən, o cümlədən ABŞ, Rusiya, Niderland, Almaniya, Türkiyə, Böyük Britaniya, Polşa və Fransadan yararlananlar olub.
Məlumatda qeyd edilir ki, indiyədək 20 dövlət qurumunun 152 qanunvericilik aktlarının layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilib.