İqtisadiyyat

Fevralda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə 17 min 978 zəng daxil olub

Metbuat.az

Bakı, 12 mart,

AZƏRTAC

 


Fevral ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinə daxil olan 17 min 978 zəngdən canlı əlaqə zamanı 17 min 761 müraciət cavablandırılıb.


Nazirlikdən

AZƏRTAC

-a bildiriblər ki, onların da 52,5 faizi Vergi Məcəlləsi (vergi nəzarəti tədbirləri, şəxsi hesab vərəqəsi, vergi orqanlarının fəaliyyəti, vergilərin ödənilməsinin ümumi müddəaları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət tədbirləri, vergi agenti), 17,7 faizi Vergilər Nazirliyinin səlahiyyətlərində olan, lakin Vergi Məcəlləsi ilə tənzimlənməyən məsələlər (elektron xidmətlərin proqram təminatları, mesajların mətni, arayışlar, elektron imza, asan imza, əmək müqavilələri, işə qəbul), 13,2 faizi gəlir vergisinin, 7,3 faizi əlavə dəyər vergisinin, 3,4 faizi sadələşdirilmiş verginin hesablanması, ödənilməsi və bəyannamənin təqdim edilməsi, qalanları digər məsələlər barədə olub.


Hesabat dövründə vergi ödəyiciləri 2269 dəfə vergi borcu, 1092 dəfə isə vergi növləri barədə məlumat əldə etmək üçün səsli menyu xidmətindən istifadə ediblər. Vergi ödəyicilərinə 37 min 606, o cümlədən 35 min 972 qısa, 1634 ikitərəfli mesaj xidməti göstərilib.


Fevral ayı ərzində nazirliyin rəsmi internet səhifəsinə 376 min 919 daxilolma qeydə alınıb.