İqtisadiyyat
Fevralda sənaye məhsullarının istehlakçı qiymətləri indeksi 21,1 faiz aşağı düşüb
Bakı, 24 mart,
AZƏRTAC
Bu ilin fevral ayında sənaye məhsullarının istehlakçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 21,1 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 26,8 faiz artıb, emal sənayesi üzrə isə istehlakçı qiymətləri indeksi 8,3 faiz aşağı düşüb.
Dövlət Statistika Komitəsindən
AZƏRTAC-a bildiriblər ki, ay ərzində elektrik enerjisi, qaz və buxar istehsal, bölüşdürülməsi və su təchizatı, tullantıların təmizlənməsi, emalı üzrə isə heç bir dəyişiklik müşahidə edilməyib.