İqtisadiyyat

Fevralda MDB ölkələrinə 62349,38 min dollar dəyərində mal ixrac edilib

Metbuat.az

Bakı, 31mart,

AZƏRTAC

 


Bu ilin fevral ayında ölkəmizdən 724 çeşiddə, 2334591,74 min ABŞ dolları dəyərində mal ixrac olunub.


AZƏRTAC

Dövlət Gömrük Komitəsinin məlumatına istinadla bildirir ki, ixrac əməliyyatlarının 62349,38 min dolları MDB ölkələri, 1370821,06 min dolları Avropa İttifaqı ölkələri, 901421,30 min dolları digər ölkələrlə həyata keçirilib.


İxracın strukturunda xam neft, neft məhsulları, təbii qaz, çay, spirtli və alkoqolsuz içkilər, kimya sənayesi məhsulları, plastmas və ondan hazırlanmış məmulatlar, emal olunmuş gön və aşılanmış dəri, qara metallar üstünlük təşkil edib. Ay ərzində 33,621,02 min dollar dəyərində meyvə-tərəvəz, 20,490,96 min dollar dəyərində bitki və heyvan mənşəli yağlar, 18,747,50 min dollar dəyərində isə şəkər ixrac edilib. Hesabat dövründə İtaliya, Almaniya, ABŞ, Fransa, Avstraliya, İsrail, Tailand və Çexiya ilə aparılan əməliyyatlar üstünlük təşkil edib.