İqtisadiyyat
Fevral ayında əhalinin banklardakı əmanətlərinin həcmi 7,1 milyard manat təşkil edib
Bakı, 19 mart,
AZƏRTAC2015-ci il fevralın 1-nə olan məlumata görə, əhalinin banklardakı əmanətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz artaraq 7,1 milyard manat təşkil edib.
Statistika Komitəsindən
AZƏRTAC-a bildiriblər ki, əmanətlərin 4,3 milyard manatı və ya 60,0 faizi milli, 2,8 milyard manatı xarici valyutada qoyulub və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 8,8 və 12,8 faiz artıb.
Əmanətlərin 75,7 faizi özəl banklarda yerləşdirilib.