Fermerlərin başı dərddə: bunun əti nə olacaq?
Heyvanların örüş-otlaq sahələrində kalış və digər zəhərli alaq otları, herbisidlər, mikrob və kif göbələklərinin miqdarı artıq olan kifli ot və yemlərlə qidalandırılması zəhərlənmələrə səbəb olur. Milli.Az El TV-yə (Region Tv) istinadən xəbər verir ki, belə qidaları qəbul edərək zəhərlənən heyvanlarda mərkəzi sinir sistemində dəyişikliklər, timpaniya, daxili orqanların və ürəyin sıxılması halları baş verir AİM-in baytar təlimatçısı
Qaraş Vəliyevbildirir ki, bunun qarşısını almaq üçün, zəhərin heyvanın qanına sorulmasını və təsirini azaltmaq məqsədi ilə onlara bitki yağları içirdilir, venaya sistem formasında qlükoza, fizioloji məhlul köçürülür və digər tədbirlər həyata keçirilir.
Gizli formada olan xroniki zəhərlənmələr heyvanlarda məhsuldarlığın aşağı düşməsinə, çəkisinin azalmasına, boğaz heyvanların bala salmasına gətirib çıxarır. Kəskin zəhərlənmələr isə hətta heyvanların ölümünə səbəb olur. AİM-in baytar təlimatçısı Qaraş Vəliyev bildirir ki, zəhərlənmələrin baş verməməsi üçün heyvanların örüşə aparılmazdan öncə quru otla qidalandırılması vacibdir. Onların yemlənməsində istifadə olunan qaba və qüvvəli yemlərin saxlanma qaydalarına da xüsusi riayət edilməlidir:
”Fermerlər zavod və ənənəvi yemlərin saxlanma şəraitinə düzgün əməl etsinlər. Yəni onların üstüörtülü olmalıdır, yağış tutmamalıdır, eyni zamanda döşəmə hissəsinə taxta düzülməlidir ki yerdən nəm çəkməsin. Otlar isə dalan altında, ya da üstüörtülü halda saxlanmalıdır ki, yağışla təmasda olmasın”.
Bildirək ki, heyvanların zəhərlənməsinə səbəb olan kif göbələkləri və zəhərləyici mikroblar əsasən açıq şəraitdə, nəmişlikdə saxlanılan yemlərdə olur.
Milli.Az