İqtisadiyyat

FAO təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında fermerlərə kömək edəcək

Metbuat.az

Bakı, 18 mart,

AZƏRTAC

2003-cü ildən 2013-cü ilədək olan dövrdə dünyada baş vermiş təbii fəlakətlər nəticəsində kənd təsərrüfatına 70 milyard dollar zərər dəyib. Bu fəlakətlər nəticəsində Asiya dövlətləri 28 milyard, Afrika ölkələri 26 milyard dollar itki ilə üzləşiblər.


AZƏRTAC

BMT radiosuna istinadla xəbər verir ki, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında ölkələrə kömək və kənd təsərrüfatını gələcəkdə baş verə biləcək təbii fəlakətlərin zərbələrinə hazırlamaq məqsədilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında (FAO) həmin ölkələrə texniki dəstəyin yeni mexanizmi işlənib hazırlanıb.


BMT-nin Yaponiyanın Senday şəhərində keçirilən ümumdünya konfransı məhz təbii fəlakətlər riskinin azaldılması məsələlərinə həsr olunub. Bu konfrans çərçivəsində martın 17-də həmin yeni mexanizmin təqdimatı olub.


FAO-nun hesablamalarına görə, təbii fəlakətlər təhlükəsinin azaldılmasına sərf edilən hər dollar itkilərin azaldılması şəklində iki dollardan dörd dollara qədər qənaət etməyə imkan verəcək. Yeni mexanizmin əsasını FAO-nun Təbii fəlakətlər təhlükəsinin azaldılmasına dair Çərçivə Proqramının müddəaları təşkil edəcək. Bu proqramın məqsədi ərzaq və qida təminatının sabitliyini möhkəmlətməkdir.