FAO “İpək yolu” ilə getməyi təklif edir
Bakı, 12 mart,
AZƏRTACNəqliyyat infrastrukturu inkişaf etmiş ərazilərdə iqtisadiyyatın perspektivli sektorlarının inkişafına dair proqramlar gəliri az olan ölkələrin kənd təsərrüfatı rayonlarının yüksəlişinə imkan yarada bilər.
AZƏRTAC
BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, bu barədə məlumat BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni məruzəsində yer alıb.
Ekspertlər belə layihələri “aqrodəhlizlər” adlandırırlar. BMT başçısının mətbuat katibi Stefan Düjarrik deyib: “FAO-dakı həmkarlarımız aqrodəhlizlər haqqında məruzə ilə çıxış ediblər. Bu proqramlar öz aralarında nəqliyyat arteriyaları - sürətli şose yolları, dəmir yolları, kanallar ilə bağlı olan ərazilərdə kənd təsərrüfatının inkişafına təkan verməlidir. İqtisadi dəhlizlər ideyası yeni deyildir, Böyük İpək Yolu buna nümunədir”.
Proqramın əsas məqsədi gəliri az olan ölkələrdə nəqliyyat və irriqasiya sistemini yaxşılaşdırmaq, kənd təsərrüfatının inkişafı üçün platforma yaratmaqdır.