İqtisadiyyat
“Expressbank”ın müştəriləri planşet və smartfon qazandı
Bakı, 13 mart,
AZƏRTAC“Expressbank” bank kartlar üzrə Visa ilə birgə aksiya keçirir.
Bankdan
AZƏRTAC-a bildiriblər ki, aksiyanın fevral ayı üzrə qalibləri müəyyən olunub. Bankın 2 müştərisi planşet və smartfon, 504 nəfər isə flash card qazanıb.
Aksiyanın şərtlərinə görə, ay ərzində ən çox həcmdə nağdsız ödəniş edənlər planşet, ən çox sayda nağdsız ödəniş edənlər smartfon, ümumi ödənişləri 100 manatdan az olmamaqla minimum 3 ödəniş edənlər isə flash card qazana biləcəklər. Aksiya martın 20-dək davam edəcək.
Bank xidmətləri barədə ətraflı məlumatI 132 Məlumat Mərkəzindən,
www.expressbank.azsaytından və ya bankın rəsmi facebook səhifəsindən
www.facebook.com/Expressbankəldə etmək olar.