İqtisadiyyat

“Euronews” TANAP-ın təməlinin qoyulması mərasimindən bəhs edib

Metbuat.az

Roma, 18 mart,

AZƏRTAC

“Euronews” telekanalının İtaliya bölməsində Trans-Anadolu qaz boru kəməri (TANAP) ilə bağlı reportaj yayımlanıb.


Layihə haqqında məlumat verilən reportajda qeyd olunur ki, 2018-ci ildə başa çatdırılması nəzərdə tutulan bu layihənin reallaşması ilə ilkin mərhələdə 16 milyard kubmetr qaz nəql olunacaq.


TANAP-ın təməlinin qoyulması münasibətilə Qarsda keçirilmiş təntənəli mərasimdən bəhs edilən reportajda “Yıldız Teknik” Universitetinin professoru Nurşin Ateşoğlunun fikirlərinə də yer verilib. O, bu layihənin Avropanın enerji təhlükəsizliyinin təminatı kontekstində diversifikasiya və asılılığın azaldılması kimi önəmli məqamları əhatə etdiyini diqqətə çatdırıb.


Reportajda vurğulanır ki, TANAP bütünlükdə Avropa üçün alternativ mənbə rolunu oynayacaq.


Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma