Ölkə

"Euronews"da Azərbaycandan reportaj (VİDEO)

Metbuat.az

"Euronews" Bakıda Novruz bayramı haqqında video material hazırlayıb. ANS PRESS-in məlumatına görə, həmin süjetdə Novruz bayramı haqqında ümumi məlumat veriləndən sonra Azərbaycanda bu bayramın necə qeyd edilməsi, ölkədə bayramla əlaqədar görülən hazırlıqlardan, bayram adət-ənənələrindən danışılıb.



Bildirilib ki, bayramı 300 milyon insanın qeyd etməsinə baxmayaraq, Azərbaycanda bu bayramın xüsusi təmtəraqla qeyd edilir.



Aşpaz Elmin Şərifov Azərbaycan mətbəxi, plov, cənub bölgəsinin ənənəvi yeməyi olan ləvəngi haqqında məlumat verib, onların növlərindən, hazırlanmasından danışıb. Daha sonra azərbaycanlı ailənin qonağı olan "Euronews" əməkdaşları bayramı onlarla birlikdə qeyd ediblər.



Mənbə
ANS PRESS