Dünya

"Əsədlə müzakirə masasına oturmağa məcburuq"

Metbuat.az

ABŞ dövlət katibi Con Kerri Suriyada böhranı bitirmək üçün ölkəsinin dövlət başçısı Bəşər Əsədlə müzakirə masasına oturmağa məcbur olduğunu deyib. ANS PRESS-in məlumatına görə, Kerri bu fikirləri yerli “BS” kanalına verdiyi müsahibədə açıqlayıb.



“Nəhayətdə müzakirə etməyə məcburuq. Hesab edirəm ki, Cenevrə sazişi çərçivəsində hər zaman müzakirə etməyə hazır olmuşuq”.



Kerri həmçinin müsahibəsində, müzakirə masasına oturtmaq üçün Əsəd üzərində təzyiqləri çoxalmağa ehtiyac ola biləcəyini də istisna etməyib.



Ötən gün yerli mətbuatda yayımlanan müsahibədə Kerri rəsmi Vaşinqtonun müharibəni bitirmək məqsədi ilə problemin siyasi həlli yolunu tapmaq cəhdlərini artıqmaq üçün gecə-gündüz çalışdığını deyib.



ABŞ dövlət departamentinin sözçüsü Mari Harf isə ABŞ-ın Suriya siyasətində heç bir dəyişiklik olmadığını və vəziyyəti Bəşər Əsədlə birbaşa müzakirə etmələrindən söhbət gedə bilməyəcəyini deyib.



“Cənab Kerri rejim ilə masada müzakirə olunmuş bir prosesə ehtiyacımız olduğuna dair uzun müddətdir olan dövlət siyasətimizi təkrarlayıb. Kerri Əsədlə birbaşa müzakirəyə oturacağımızı deməyib”.


Mənbə
ANS PRESS