İqtisadiyyat

Əsassız qiymət artımının qarşısı alınıb

Metbuat.az

Bakı, 10 mart,

AZƏRTAC

 


İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində Telman Pənahova məxsus “Ruslan 93” marketdə yoxlama aparılıb.


Nazirlikdən

AZƏRTAC

-a bildiriblər ki, yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla, əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.


Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb.