İqtisadiyyat

Əsassız qiymət artımına görə market sahibləri cəzalandırılıb

Metbuat.az


Bakı, 17 mart,

AZƏRTAC

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 28-də yerləşən "Fərid" Müstəqil Şirkətinə məxsus "Premiummart" marketdə və Binəqədi rayonu, S.S.Axundov küçəsi, 85A-da Sevinc Məhərrəmovaya məxsus "Unimart" marketdə yoxlama aparılıb.


Nazirlikdən

AZƏRTAC

-a bildiriblər ki, yoxlama zamanı nəzarət kassa aparatının yaddaşındakı qiymətlərlə malların yarlığında göstərilən qiymətlər arasında fərq yaradılmaqla, istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.


Əsassız qiymət artımına yol verən şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.