Ölkə

Ermənistan ordusunun hərbçisi Azərbaycan tərəfinə keçib

Metbuat.az


Bakı, 22 mart,

AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin hərbçisi, 1991-ci il təvəllüdlü Andranik Qriqoryan qoşunların təmas xəttindəki döyüş postunu tərk edərək Azərbaycan ordusuna təslim olub.


Azərbaycan Müdafiə Nazirliyi martın 22-də günorta saatlarında baş vermiş bu faktı təsdiqləyib.


Nazirlikdən

AZƏRTAC

-a bildirilib ki, bu, Ermənistan ordusunda yaranmış gərginlik, nizam-intizamsızlıq, qorxu hissi və panika ilə bağlıdır.


Hadisə ilə əlaqədar rəsmi məlumat veriləcək.