Ermənistan MN "quş" buraxdı
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunun 20 əsgərini məhv etməsi erməni mediasında çaşqınlıq yaradıb.
ANS PRESS-in məlumatına görə, verdiyi itkiləri gizlətməyə çalışan Ermənistan ölən əsgərləri barədə yaydığı məlumatlarda ziddiyyətli məqamlar var.
Belə ki, Ermənistan Müdafiə Nazirliyi ilk olaraq yaydığı məlumatda 3 əsgərin 1996-cı il təvəllüdlü Akop Xaçatryan, 1995-ci il təvəllüdlü Edvard Ayrapetyan və Arşak Harutyunyanın həlak olduğunu açıqlayıb.
Daha sonra Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda 1996-cı il təvəllüdlü Akop Xaçatryanın yaşı 49 göstərilib.
Bu texniki yanlışlıq kimi görünsə də əslində bir əsgər barədə ziddiyyətli informasiya Ermənistan hakimiyyətinin əsgər ölümlərini gizlətməyə çalışdığı bir daha sübut etmiş olur.
Ermənistanın tanınmış jurnalisti Romella Mnasakanyan bu gün açıqladığı məlumatda deyib ki, Ermənistan ordusu Ağdərənin Talış kəndində 10 nəfər itki verib:
“Ermənistan rəhbərliyi erməni anaların qəzəbindən qorxaraq itkini gizlədir”.
İrəvanda əsgər analarının kütləvi etirazları fonunda Ermənistan hakimiyyətinin əsgər ölümlərini gizlətməsi faktı dəfələrlə erməni mediası da təsdiqləyib.
MənbəANS PRESS