Ölkə
Ermənistan hərbçisi Azərbaycan tərəfinə təslim olub
Bakı. 22 mart. REPORT.AZ/ Martın 22-si, saat 13.50 radələrində Ermənistan silahlı qüvvələrinin 1991-ci il təvəllüdlü hərbçisi Andranik Araratoviç Qriqoryan öz istəyi ilə qoşunların təmas xəttini keçərək Azərbaycan tərəfinə təslim olub.
"Report" "News.am" nəşrinə istinadən xəbər verir ki, Andranik orduda müqavilə əsasında xidmət edirmiş.
Məlumata görə, hazırda insidentin təfərrüatları araşdırılır.