Dünya

Ermənilərin yarıdan çoxunda türk qanı var

Metbuat.az

Ermənistanda keçirilən genetik araşdırmanın nəticələrinə görə, ölkə əhalisinin 49%-də türk - qıpçaq qanı olduğu məlum olub.



Bu barədə

Trend

Türkiyənin "Haber7" telekanalına istinadən məlumat verir.



Telekanalın məlumatına görə, türk genetika araşdırmaçısı Osman Çataloluk tədqiqatların 2000-ci ildən bu günə qədər aparıldığını, lakin daha sonradan Ermənistan hökuməti tərəfindən dayandırıldığını qeyd edib.



O.Çataloluk bildirib ki, eyni zamanda, Türkiyənin Qaziantep, Sivas, Amasya və Tokat vilayətlərində aparılan genetik araşdırmalar da ermənilərdə türk – qıpçaq geni olduğunu üzə çıxarıb.



Milli.Az