Dünya

Ermənilər Bakıda bir söz, İrəvanda başqa söz deyir (VİDEO)

Metbuat.az

Azərbaycan-Ermənistan sərhəddini qanunsuz yolla keçərək daha sonra Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə geri qaytarılan erməni ailəsinə öz vətənlərində cinayət işi açılıb. Ermənistan tərəfinə qaytarıldıqdan sonra erməni ailəsi Qevorkyanlar ölkə mətbuatına Azərbaycanda pis şəraitdə saxlanıldıqlarını söyləmələrinə və Ermənistanın bunun ətrafında təbliğat qurmağına baxmayaraq, onlara qarşı belə kampaniya irəli sürüldü.



Ermənistandan qaçaraq Azərbaycan tərəfə keçmiş, daha sonra geriyə qaytarılmış Qevorkyan erməni ailəsinə cinayət işi açılıb. Ermənistan milli təhlükəsizlik xidməti Yeqiş və Ruzanna Qevorkyanları dövlət sərhədini qanunsuz yolla keçməkdə ittiham edib.



Qevorkyan ailəsini 3 il həbs cəzası gözləyir.



Ermənistan vətəndaşları olan 5 nəfərlik Qevorkyan ailəsi 2010-cu ilin yanvarında Azərbaycan tərəfinə keçmişdilər. Onlar Ermənistan tərəfə geri qayıtmaqdan imtina etmiş, 3-cü ölkəyə göndərilmələri barədə Azərbaycan hökumətinə yazılı müraciət etmişdilər. Hələ o vaxt ailə saxlanılma şəratindən razılıq etmişdi. ANS-ə müsahibəsində ailə üzvləri Ermənistana qayıtmaq istəmədiklərini və öz ölkəsindən fərqli olaraq Azərbaycanda qarın dolusu yemək yediklərini söyləmişdilər.



“Artıq bezmişdik, amma burada hər çür şərait var. Burada uşaqlara hər şey verirlər. Uşaqlara velosiped belə alıblar. Qızıma isə kukla hədiyyə ediblər. Biz burada darıxmırıq, əziyyət də çəkmirik. Vaxtlı-vaxtında yeyirik, gəzirik, uşqlarımızı çimizdiririk”, - deyə Ruzanna Qevorkyan bildirmişdi.



Lakin ötən ilin sonu Ermənistana təhvil verilən ailənin başçısı Yeqişe Qevorkyan yerli jurnalistlərə verdiyi müsahibədə onların guya Azərbaycanda fiziki işgəncələrə məruz qaldığını söyləmişdi.



“Biz qul vəziyətində idik, bizimlə istədikləri kimi davranırdılar. Döyürdülər, cərəyanla vururdular. Biz üçüncü ölkəyə keçmək istəyirdik, amma Azərbaycan höküməti bizə bunu etməyə icazə vermirdi”, – deyə Yeqişe Qevorkyan Ermənistanda bildirmişdi.



Görünür bu yalanları ailəni məsuliyyətdən yayındıra bilməyib. Qevorkyan ailəsi Naxçıvanın Sədərək rayonu tərəfindən erməni postunu yararaq, Azərbaycan tərəfə keçməyə görə cinayət məsuliyyətinə cəlb edilib.



Mənbə
ANS TV: İlkin Kərimov