Ölkə

Erməni əsgərlər silahlarını atıb qaçdı (FOTO)

Metbuat.az

Türkiyə mətbuatı Ermənistan silahlı qüvvələrinin növbəti təxribat qrupunun məhv edilməsi haqda yazıb.



ANS PRESS-in məlumatına görə, aparıcı Türkiyə portalları "Azəri əsgərləri erməni kəşfiyyat qrupunu zərərsizləşdirib", "Erməni əsgərlər silahlarını ataraq qaçıblar" başlıqları ilə məqalələr dərc ediblər. Məqalələrdə erməni kəşfiyyat-təxribat qrupunun məhv edildiyini və bir əsgərimizin əlindən yüngül yaralandığı qeyd olunub.



Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələrinin növbəti təxribat qrupu məhv edilib.



Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, martın 6-a keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu Ağdərə-Tərtər istiqamətində qoşunların təmas xəttində mövqelərimizə basqın etməyə cəhd göstərib.



Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, görülən qabaqlayıcı tədbirlər və atəş gücü vasitəsilə düşmənə endirilən ağır zərbədən sonra itki verən işğalçılar silah və sursatı ataraq geri qaçmağa məcbur ediliblər.



Döyüşdə bir hərbi qulluqçumuz çavuş Zahidov Dəyanət Mehman oğlu sağ əlindən yüngül yaralanıb.











Mənbə
ANS PRESS