Dünya
Mənbə
ANS PRESS
Erməni anaların Ohanyana lənəti
Ermənistan müdafiə naziri Seyran Ohanyanın hərbi qulluqçu Andranik Qriqoryanın valideynləri barədə dedikləri erməni əsgər analarını bərk hiddətləndirib.
ANS PRESS-in məlumatına görə, erməni nazir Azərbaycan tərəfə keçmiş əsgərin valideynləri barədə təhqiramiz sözlər işlətmişdi. “Əsgərlər onun ailəsinin arasında münasibət pis olub. Onun əməlinin səbəblərini ailəsində axtarmaq lazımdır”,- deyə Ohanyan vurğulayıb.
Əsgər anaları bu sözlərə qəzəblə cavab veriblər. Oğlu həlak olmuş İrina Qazaryan bunu Ermənistan Müdafiə Nazirliyinin iş üslubu sayır: “Əsgərləri zorlayanda, deyirlər, ailəsi günahkardır. Öldürəndə, deyirlər ki, tərbiyəsiz imiş. Əsgər Azərbaycan tərəfə keçəndə deyirlər ki, günah ailəsindədir”.
Mənbə
ANS PRESS