İqtisadiyyat

Elman Rüstəmovdan manatın ucuzlaşması ilə bağlı AÇIQLAMA

Metbuat.az

Mərkəzi Bankın sədri

Elman Rüstəmov

manatın ucuzlaşması məsələsinə aydınlıq gətirib.



Trend

-in məlumatına görə, E.Rüstəmov manatın devalivasiyasını neftin ucuzlaşması ilə əlaqələndirib.



Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı


E.Rüstəmov 2008-ci ildə də neftin qiymətinin ucuzlaşmasına toxunub.



Mərkəzi Bankın sədri qeyd edib ki, o zaman manatın sabitliyi təmin edildi: “O zaman biz manatın sabitliyini təmin etdik. Biz təxminən 1 milyard manat sərf edərək manatın sabitliyini saxladıq. O zaman neftin qısa zamanda qiyməti sabitləşdi və biz xərclədiyimiz vəsaiti geri qaytara bildik”.



E.Rüstəmov qeyd edib ki, 2014-cü ildən bəri neftin qiymətinin iki dəfə ucuzlaşması yeni bir fenomendir. O qeyd edib ki, ekspertlərin, beynəlxalq investisiya təşkilatlarının qiymətləndirməsinə görə bu ucuzlaşma 80-ci illərin əvvəlində baş vermiş ucuzlaşmadı: “Həm ekspertlərin, həm beynəlxalq investisiya banklarının proqnozuna görə, neftin ucuzlaşması hələ davam edəcək”.



Milli.Az