İqtisadiyyat

​Əli Məsimli: "Azərbaycan hökuməti devalvasiyadan uğurla yararlanmaq üçün ciddi addımlar atmalıdır"

Metbuat.az

Ə.Məsimli hökumətin devalvasiyadan sonra tədbirlər paketi hazırladığına ümid etdiyini deyib: "Devalvasiyadan uğurla yararlanmaq üçün hökumət 8-10 ay ərzində ciddi addımlar atmalı, ixrac imkanı olanlara əlverişli şərait yaratmalıdır. Hesab edirəm ki,

Dövlət Neft Fondu

nun 1-2 mlrd. dolları ixrac potensialının inkişaf etditrilməsi, ixraca dəstək üçün istifadə edilməlidir". 


Deputatın sözlərinə görə, hazırda Azərbaycan bəzi məhsullar üzrə özünü 80-85% təmin edir: "Lakin taxıl üzrə bu göstərici 60%-dir və bu göstəricinin artılması istiqaməıtində işlər görülməlidir. Hesab edirəm ki, neftin qiyməti əhəmiyyətli dərəcədə qalxmayacaq. Devalvasiyanın təsirinin əhalinin müəyyən təbəqələrinə vurduğu zərbə, dollarla kredit alanların durumu hələ də həll olunmamış qalır. Ona görə də, hökumət ortaq məxrəcə gəlməli, tədbirlər planında bütün bunları nəzərə almalıdır".