İqtisadiyyat

Əli Hüseynov və Siddiqə Məmmədova təltif edilib

Metbuat.az

Bakı. 14 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti

İlham Əliyev

Əli Müzəffər oğlu Hüseynov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


"Report" xəbər verir ki, Ə.Hüseynov Azərbaycan Respublikasında inşaat sahəsində səmərəli fəaliyyətinə və dövlət qulluğunda xidmətlərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.


Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan elminin inkişafında böyük xidmətlərinə görə Siddiqə Rza qızı Məmmədovaya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilib.