İqtisadiyyat

Elektron ticarət şəbəkəsində 1,5 dəfə çox istehlak malları satılıb

Metbuat.az

Bakı, 18 mart,

AZƏRTAC

 


Bu ilin yanvar-fevral aylarında elektron ticarət şəbəkəsində istehlakçılara 1,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çox istehlak malları satılıb.


Dövlət Statistika Komitəsindən

AZƏRTAC

-a bildiriblər ki, elektron ticarət dövriyyəsinin 95,9 faizini təşkil edən qeyri-ərzaq mallarının satışı əvvəlki ilin yanvar-fevral aylarının səviyyəsini 1,5 dəfə üstələyərək 1,6 milyon manata bərabər olub.


Hesabat dövründə elektron ticarət üzrə istehlak mallarının satışının 92,7 faizi hüquqi şəxslərin, 7,3 faizi isə fərdi sahibkarların ticarət subyektləri tərəfindən həyata keçirilib.