İqtisadiyyat

“Elektron hökumət” portalında istifadədə olan xidmətlərin sayı 410-a çatıb

Metbuat.az

[ 05 Mart 2015 14:09 ]



Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Elektron hökumət” portalında müxtəlif dövlət qurumlarının təqdim etdiyi elektron xidmətlərin sayı sürətlə artır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, portal üzərindən göstərilən e-xidmətlərin sayı 410-a çatıb.

Hazırda Azərbaycan Nazirlər Kabinetinin təsdiq etdiyi 452 e-xidmətdən 322-si portala inteqrasiya olunub.

Ümumilikdə dövlət saytlarında yerləşdirilən elektron xidmətlərin sayı 481 olub.