Texnologiya

“Elektron hökumət” portalında istifadədə olan elektron xidmətlərin sayı 410-a çatıb

Metbuat.az

“Elektron hökumət” portalında müxtəlif dövlət qurumlarının təqdim etdiyi elektron xidmətlərin sayı sürətlə artır.


 


“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, portal üzərindən göstərilən e-xidmətlərin sayı 410-a çatıb.


 


Hazırda Azərbaycan Nazirlər Kabinetinin təsdiq etdiyi 452 e-xidmətdən 322-si portala inteqrasiya olunub.


 


Ümumilikdə dövlət saytlarında yerləşdirilən elektron xidmətlərin sayı 481 olub.


 


CAHANGİR