İqtisadiyyat
"Elektron hökumət" portalında elektron xidmətlərin sayı 410-a çatıb
Azərbaycan, Bakı, 5 mart /Trend/
“Elektron hökumət” portalında müxtəlif dövlət qurumlarının təqdim etdiyi elektron xidmətlərin sayı sürətlə artır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, portal üzərindən göstərilən e-xidmətlərin sayı 410-a çatıb.
Hazırda Azərbaycan Nazirlər Kabinetinin təsdiq etdiyi 452 e-xidmətdən 322-si portala inteqrasiya olunub.
Ümumilikdə dövlət saytlarında yerləşdirilən elektron xidmətlərin sayı 481 olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az