İqtisadiyyat
Əlavə dəyərin 36,3 faizi sənaye sahələrində yaradılıb
Bakı, 17 mart,
AZƏRTAC
Yanvar-fevral aylarında ümumi daxili məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artaraq 7,1 milyard manat təşkil edib. Əlavə dəyərin 36,3 faizi sənaye sahələrində, 10,4 faizi tikinti kompleksində, 15,5 faizi ticarət və pullu xidmət sahələrində, 14,9 faizi isə digər sahələrdə yaradılıb.
Dövlət Statistika Komitəsindən
AZƏRTAC-a bildiriblər ki, əlavə dəyərin 66,6 faizi qeyri-neft sektorunda istehsal olunaraq ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 5,1 faiz, neft-qaz sektorunda isə 3,3 faiz artıb.