Ekskursiya zamanı məktəblilər tarixi yerlər haqqında məlumatları diqqətlə dinləyir
Quba, 24 mart, Elxan Yusifli,
AZƏRTACÖlkə başçısının tapşırığna əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya məktəblilərimizin tətil günlərinin olduqca faydalı təşkilini təmin edir. Bu ekskursiyada iştirak edən şagirdlərin əksəriyyəti ilk dəfədir Qubada, Qusarda olurlar. Tur-aksiyanın proqramı elə tərtib olunub ki, qısa müddətdə rayonların tarixi, mədəniyyəti, təbiəti və adət ənənələri ilə yaxından tanış olmaq imkanı qazanırıq. Məktəblilər eləcə də biz müəllimlər bu ekskursiyadan çox razıyıq.
Bu fikirlər Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyada iştirak edən Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon Qarabağlar kənd 1 nömrəli tam orta məktəbinin müəllimi Əsgər Qurbanova məxsusdur.
Ekskursiyada məktəbliləri müşayət edən müəllim
AZƏRTACA müsahibəsində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın əhəmiyyətindən danışıb. “Məktəblilər ekskursiya zamanı olduqları bütün tarixi yerlər haqqında məlumatları diqqətlə dinləyir. Görməli yerlərin şəkillərini çəkir. Onları maraqlandıran sualları bələdçilərə ünvanlayırlar. Bu gün Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlığı ziyarət zamanı şagirdlər ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırıldı. Bu cür ekskursiyalar ölkəmizin tarixininin öyrənilməsində, şagirdlərin dünyagörüşünün artmasında, biliklərinin təkmilləşməsində əhəmiyyətli rola malikdir.”